DTX 3 rayonda əməliyyat keçirir  — Rəislər saxlanıldı(YENİLƏNİB)

DTX 3 rayonda əməliyyat keçirir  — Rəislər saxlanıldı(YENİLƏNİB)

Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

Aktual.az xəbər verir ki, əməliyyat zamanı Lənkəran, Neftçala və Xaçmaz rayonlarının Sahil Mühafizə idarələrinin rəisləri saxlanılıb.

Hazırda idarələrin əməkdaşları və balıqçılıqla məşğul olan şəxslərin dindirildiyi bildirilir.(bakupost.az)


***


Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

Aktual.az xəbər verir ki, bu barədə DTX-nin rəsmi saytı məlumat yayıb.
"Hazırda araşdırmalar davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək.", - məlumatda əlavə olunub.
Xəbər 624 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR