“Qaynar xətt” nömrələri də açıqlanıb.
Dövlət Təhlükəsizlik Xidmətinin yeni saytı işə başlayıb.
Aktual.az-ın verdiyi xəbərə görə, bu gündən istifadəyə verilən sayt dtx.gov.azdomenində yerləşir.
Saytda qurum haqda məlumatlar, qanunvericilik bazası, beynəlxalq əməkdaşlıq, kitabxana, Heydər Əliyev adına Akademiya və DTX-ya aid xəbərlərin yayımlandığı bölmələr yaradılıb.
Qurumun ictimaiyyətlə əlaqələr və “Qaynar xətt” nömrələri də açıqlanıb. DTX-nın balansında olan digər qurumlar haqda məlumat yerləşdirilib. Hazırda sayt Azərbaycan dilində fəaliyyət göstərir.