DTX-nın həbs etdiyi rəisin icra başçısı işləmiş müavini də işdən çıxarıldı    — FOTO

DTX-nın həbs etdiyi rəisin icra başçısı işləmiş müavini də işdən çıxarıldı    — FOTO

Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti rəisinin birinci müavini vəzifəsindən azad olunub .
"MediaPost”un məlumatına görə, Mədəniyyət Nazirin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə, Zöhrab Pirimov vəzifəsindən azad edilib. 

Qeyd edək ki, Zöhrab Ziyəddin oğlu Pirımov 2004-2007-ci illərdə Qusar rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 

Xatırladaq ki, Zöhrab Pirimov Dövlət Təhlükəsizliyi Xidmətinin mayın 8-də Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılaraq həbs edilən MİQİBDX-nin sabiq rəisi Zakir Sultanov ən yaxın adamı sayılırdı.

Xəbər 871 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR