Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-leytenant Mədət Quliyev rəhbərlik etdiyi qurumda çalışan əməkdaşlar qarşısında tələb qoyub.
Mədət Quliyev DTX əməkdaşlarının yol-hərəkəti qaydalarına ciddi riayyət etmələri, avtomobil idarə edərkən təhlükəsizlik kəmərinin bağlamaları barədə onlara tapşırıq verib.
General həmçinin bildirib ki, Yol Patrul Xidməti əməkdaşları tərəfindən avtomobilləri saxlanan DTX-çıların cərimədən yayınmaq üçün xidməti vəsiqələrini polisə göstərməsi barədə fakt aşkarlanarsa, həmin əməkdaş dərhal işdən kənarlaşdırılacaq.
Gununsesi.info