DTX Bakıda xüsusi əməliyyat keçirib – FOTO

DTX Bakıda xüsusi əməliyyat keçirib – FOTO

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, eləcə də Səbail Rayon İcra Hakimiyyəti tərəfindən dini qurumların fəaliyyət qaydasının pozulması haqqında daxil olan məlumatın yoxlanılması məqsədilə Səbail rayonu, Badamdar qəsəbəsi, Neftçilər küçəsi 3 ünvanında yerləşən Badamdar qəsəbə dini icmasına baxış keçirilib.

Komitənin mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, baxış zamanı "Dini etiqad azadlığı haqqında” qanunun müvafiq maddələrinin pozulduğu aşkarlanıb.

Oradan DQİDK-nın müvafiq razılığının olmadığı 59 ədəd dini təyinatlı ədəbiyyat, 19 ədəd videokaset, 27 ədəd DVD və 80 ədəd CD götürülüb. İcmada özündə xurafat elementləri ehtiva edən əşyalar da aşkarlanıb. Hüquq-mühafizə orqanları tərəfindən qanunvericiliyin tələblərinə uyğun araşdırmalara başlanılıb.
 

Xəbər 877 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR