DSX hərbçisi həlak oldu, araşdırma başladı - Yenilənib

DSX hərbçisi həlak oldu, araşdırma başladı - Yenilənib

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musayev Cəbrayıl rayonunda minaya düşərək həlak olub.
Aktual.az Report-a istinadən xəbər verir ki, mərhumun nəşi dəfn olunması üçün Lənkəran rayonuna gətirilib.
Ə.Musayev Göyşaban kənd qəbiristanlığında torpağa tapşırılacaq.
***
Cəbrayılda hərbçinin həlak olması faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, xidməti vəzifəsini yerinə yetirərkən Cəbrayıl rayonu ərazisində aşkar edilmiş sursat partlayışı nəticəsində Lənkəran rayonundan olan hərbçi Musazadə Əsgər ağır xəsarətlər alıb. Ona ilkin tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Hərbi Prokurorluqda və DSX-də araşdırmalar aparılır.
Xəbər 991 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR