DSX: Düşmən snayperləri hərbi yük maşınını atəşə tutub

DSX: Düşmən snayperləri hərbi yük maşınını atəşə tutub

Ermənistan mətbuatının Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində atəşkəs rejiminin pozulması barədə məlumatla əlaqədar bildiririk ki, təmas xəttində yerləşən sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərəfi atəşkəs rejimini pozmaqla növbəti təxribat törədib. 

Bu barədə Aktual.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. 
Düşmən snayperləri tərəfindən döyüş mövqelərimizdən arxa istiqa­mətdə hərəkətdə olan "Ka­maz” markalı hərbi yük maşını atəşə tutulub, açılan güllələrdən biri avto­mobilin ön şüşəsinə dəyib. 
Düşmən snayperinin atəş nöqtəsi cavab atəşilə susdurulub. 
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının bölmələri Azər­bay­can-Ermənistan dövlət sər­­hə­dində tə­mas xəttinin xidmət apardıqları sahəsində əməliyyat şəraitinə tam nəzarət edir.
Xəbər 297 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR