DSMF-yə müraciətlərin sayı artıb

DSMF-yə müraciətlərin sayı artıb

2015-ci il ərzində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları tərəfindən 5 072 müraciət daxil olub və onların arasında Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrindən ünvanlanan müraciətlər üstünlük təşkil edib.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan  verilən məlumata görə, ötən dövr ərzində fonda MDB ölkələrindən 3 744 müraciət göndərilib ki, bu da əvvəlki illə müqayisədə 11,5% çoxdur. Bu müraciətlərin mövzusu vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri hesab olunan müvafiq rəsmi sənədlərin hazırlanıb təsdiq olunmasından, konkret hallar üçün ikitərəfli münasibətlərin tənzimlənməsindən ibarətdir.

Müraciətlərin sayına görə növbəti üstünlük təşkil edən ölkələr sırasında Türkiyə gəlir və qardaş ölkədən fonda 380 müraciət ünvanlanıb. Bu müraciətlər əsasən Türkiyə və Azərbaycan respublikaları arasında sosial müdafiə sahəsində ikitərəfli sazişə uyğun olaraq vətəndaşların sosial sığorta və pensiya hüquqlarının gerçəkləşdirilməsi məsələlərini əhatə edir.

DSMF-yə daxil olan digər 948 müraciət isə ayrı-ayrı xarici ölkələrdən və vətəndaşlardan daxil olmuş müraciətlərdir.

Xəbər 354 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR