Dörd ölkənin rəsmisi Vyanada toplaşdı

Dörd ölkənin rəsmisi Vyanada toplaşdı
  • DÜNYA

Avstriyanın Paytaxtı Vyanada dörd ölkənin rəsmisi arasında iclas keçirilib.
 
 Aktual.az Musavat.com-a istinadən xəbər verir ki, Türkiyə, ABŞ, Rusiya və Səudiyyə Ərəbistanı rəsmiləri arasında görüş keçirilib.
 
Görüşün əsas mövzusu Suriya məsələsi olub.
 
Məlumata görə, rəsmi Moskva bundan sonra keçiriləcək iclaslarda bölgənin iki vacib fiqurunun – İran və Misirin də yer almasının lazım olduğunu bəyan edib.
 
Rusiya Xarici İşlər naziri Serqey Lavrov xüsuslə İranın olmadığı iclasda Suriya məsləsinin həll olunmasının çətin olduğunu dilə gətirib.
 
İrana qarşı çıxmayan rəsmi Ankara, bu görüşlərdə Misirin adının çəkilməsindən narahatlıq duyub. 
Xəbər 352 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR