Dörd aeroportda həyəcan siqnalı verildi

Dörd aeroportda həyəcan siqnalı verildi

Moskvanın iki, o cümlədən Yekaterinburq və Tümenin əsas aeroportlarında həyəcan siqnalı elan edilib.

APA-nın "Life" nəşrinə istinadən verdiyi məlumata görə, buna səbəb Soçi aeroportunda uçuş xəttində təyyarəyə məxsus əyləc hissəsinin aşkarlanmasıdır.

Soçidəki həmin uçuş xəttindən qalxan təyyarələr Moskva, Yekaterinburq və Tümenə uçublar. Bu aeroportlarda bütün xidmətlər yüksək hazırlıq vəziyyətinə gətirilib.

Son məlumata görə, Yekaterinburqa uçan təyyarə artıq eniş edib və hər hansı problem üzə çıxmayıb. Həmin təyyarədə hər hansı çatışmazlıq aşkarlanmayıb.

Xəbər 383 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR