Doğuşda körpəsi ölən ana da dünyasını dəyişdi

Doğuşda körpəsi ölən ana da dünyasını dəyişdi

İmişli rayonunda ana doğuşdan sonra dünyasını dəyişib.

Aktual.az Anspress-ə istinadən xəbər verir ki, İmişli rayonunda Fin qəsəbəsi deyilən yerdə məskunlaşan məcburi köçkün, 1982-ci il təvəllüdlü Əhmədova Pərigül Nuru qızı uşaq dünyaya gətirəndən az sonra ölüb.

"Ana uşağı tibb məntəqəsində dünyaya gətirib"

İmişli Rayon Prokurorluğunun böyük müstəntiqi Əzimov Elşad Yaşar oğlunun verdiyi məlumata görə, dünyasını dəyişən qadının ölümünə səbəb doğuşdan sonra qanaxma olub. "Qadın ötən gün axşam radələrində uşağı tibb məntəqəsində dünyaya gətirib. Uşaq ölü doğulub, anada isə qanaxma dayanmayıb. Ona tibb məntəqəsində ilkin tibbi yardım göstərdikdən sonra İmişli Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Orada həkimlərin yardım göstərməsinə baxmayaraq qadın dünyasını dəyişib", - deyə müstəntiq bildirib.

Müstəntiq faktla bağlı araşdırmanın aparıldığını deyib.

İmişli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi də faktı təsdiqləyib. Onun sözlərinə görə, Pərigül Əhmədova xəstəxanaya gətirilərkən vəziyyəti ağır olub. "O, bizim xəstəxanaya gətiriləndə qanaxması var idi. Dedilər ki, qız uşağı olub, amma ölü doğulub, ondan sonra qanaxma başlayıb. Nə qədər yardım göstərsək də on dəqiqədən sonra xanım dünyasını dəyişdi".

Ötən ay da doğuş zamanı ana ölümü ilə bağlı hadisə qeydə alınıb. Belə ki, fevralın 10-da Sabunçuda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasında iki uşaq anası Beyləqan rayon Nil qəsəbəsi sakini, 1986-cı il təvəllüdlü Xanəliyeva Elnurə Elman qızı dünyasını dəyişib. Səhiyyə Nazirliyindən verilən məlumata görə, onun ölümünə səbəb ağır ağciyər xəstəliyinin olmasıdır.

Xəbər 567 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR