Lənkəranda qadının doğuş zamanı ölməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb.
"Report”un xəbərinə görə, hadisə fevralın 3-də Lənkəran Regional Perinatal Mərkəzində qeydə alınıb.
Belə ki, Lənkəran rayon Girdəni kənd sakini, 1996-cı il təvəllüdlü Gülnar Babayeva doğuş üçün keçirilən qeysəriyyə kəsiyi əməliyyat zamanı qız uşağı dünyaya gətirib. Bir neçə saat sonra ana xəstəxanaölüb.
Faktla bağlı Lənkəran rayon prokurorluğiunda Cinayət Məcəlləsinin 314-2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb.
Xəbər 804 dəfə oxunub.