Doğuş Xoşqədəm barədə görün nələr dedi... – VİDEO

Doğuş Xoşqədəm barədə görün nələr dedi...   – VİDEO

“Çox gözəl qadındır”.

Türkiyəli müğənni Doğuş “BeyazTV”də təqdim olunan “Söyləməzsəm olmaz” verilişində azərbaycanlı həyat yoldaşı, telejurnalist Xoşqədəm Hidayətqızı haqda danışıb.

İfaçı həyat yoldaşına xeyli təriflər yağdırıb.

“Onu ilk dəfə Azərbaycanda uşaq evində gördüm. Görən kimi öz-özümə “çox gözəl qadındır” dedim. İlk baxışdan ona vuruldum. Uşaqlara qarşı gözəl davranışını hiss etdim. Elə orada “mənimlə evlənərsən?” deyə soruşdum. İndi bir il yarımdır ki, ailəliyik”.

Daha sonra ifaçı X.Hidayətqızının hamiləliyindən də danışıb:

“Həyat yoldaşım 5 ay yarımlıq hamilədir. Uşaqlardan biri oğlandır. İkinci isə özünü hələ tam göstərmir. Xanımım qız istəyir. Mən isə oğlan istəyirəm. Türkiyəyə və Azərbaycana xeyirli əsgər olsun”.

// Aktual.az

Xəbər 20642 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR