Doğuş vaxtı körpə ölümü ilə bağlı cinayət işi açıldı

Doğuş vaxtı körpə ölümü ilə bağlı cinayət işi açıldı

Bakıda "İnternational Medical Centre” klinikasında doğuş zamanı körpə ölümü ilə bağlı cinayət işi açılıb.

Nəsimi rayon prokurorluğundan Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, faktla bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, ölümün səbəblərinin müəyyən edilməsi ilə bağlı məhkəmə-tibbi ekspertizası təyin edilib.

Hazırda cinayət işi ilə bağlı zəruri istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, noyabrın 10-da axşam saatlarında 1992-ci il təvəllüdlü Nərgiz Axundova doğuş üçün "İnternational Medical Centre” klinikasına müraciət edib. Doğuş zamanı körpə ölüb.
 
Aktual.az
Xəbər 270 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR