Dostunu öldürən şəxs polisə təslim olub

Dostunu öldürən şəxs polisə təslim olub

Gəncə şəhərində baş verən qətlin təfərrüatı məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, mayın 1-də axşam saatlarında şəhər sakini, 1985-ci il təvəllüdlü Sakit Tofiq oğlu Alıyev döş qəfəsinin kəsilmiş deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər tərəfindən əməliyyata alınan yaralının həyatını xilas etmək mümkün olmayıb və S.Alıyev orada ölüb.

Baş Prokurorluqdan "Report"un Qərb bürosuna verilən məlumata görə, hadisəni törədən şəxs, Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Elşən Zirəddin oğlu Mürsəlov könüllü olaraq polisə təslim olub. İstintaqa ifadə verən E.Mürsəlov mərhumla dost olduğunu və hadisəni şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı törətdiyini bildirib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə ) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
 
Aktual.az
Xəbər 356 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR