Dostunu öldürən şəxs 18 il müddətinə azadlıqdan məhrum edildi - Foto

Dostunu öldürən şəxs 18 il müddətinə azadlıqdan məhrum edildi - Foto

Bakı Ağır Cinayətlər Məhkəməsində Füzuli rayon sakini Laçın Teymurovun CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Aktual.az xəbər verir ki, ötən il sentyabrın 11-də Laçın Teymurov özünə məxsus avtomobillə tanışı Fərid Məmmədovun çalışdığı avtoyuma məntəqəsinə gəlib. Söhbət əsnasında dostlar  bir-birilə zarafatlaşıblar. Zarafat zamanı Fərid Laçının anasını təhqir edib, sonuncu danışığına fikir verməsini bildirəndə, o bunu qəsdən demədiyini söyləyib. Teymurov onun bu hərəkətindən əsəbləşib və çıxıb gedib. Amma bir neçə saatdan sonra Laçın başqa dostları ilə Fəridin yaşadığı ünvana gəlib. Onu küçəyə çağırıb və dava zamanı Məmmədova bıçaqla zərbələr vuraraq, onu qəsdən həyatdan məhrum edib. Xətai RPİ 37-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs tutulub və istintaqa təqdim edilib. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 18 il müddətinə azadlqıdan məhrumetmə cəzasına məhkum olunub.




Xəbər 540 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR