“Donuz qripi” ilə bağlı təhsil müəssisələrində dezinfeksiya işləri aparılacaq

“Donuz qripi” ilə bağlı təhsil müəssisələrində dezinfeksiya işləri aparılacaq

“Donuz qripi” təhlükəsinə qarşı liseylər, gimnaziyalar, kolleclər və universitetlərdə dezinfeksiya işləri aparılacaq.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Vaqif Abdullayev məlumat verib.

O bildirib ki, dezinfeksiya işlərinə fevrala ayının birinci 15 günlüyündə başlanılacaq: “Bizim dezinfeksiya tədbirlərini həyata keçirməyimiz üçün heç bir problem yoxdur”.

Direktor müavini qeyd edib ki, liseylər, gimnaziyalar, universitetlər və kolleclərdə dezinfeksiya işləri dərs qrafikindən kənar vaxtlarda aparılacaq: “Müəssisə rəhbərləri ilə danışılacaq. Əvvəlcədən razılaşdırılacaq ki, dezinfeksiya işləri tədris qrafikindən kənara vaxtlarda aparılsın”.

V. Abdullayev onu da əlavə edib ki, dezinfeksiya işləri Bakı, Sumqayıt və Gəncə şəhərlərini əhatə edəcək.

Qeyd edək ki, Azərbaycanda “donuz qripi” aşkarlanmayıb. “Donuz qripi” təhlükəsi ilə əlaqədar Azərbaycanın rayonlarındakı mərkəzi xəstəxanaların yoluxucu xəstəliklər şöbələrində, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında xüsusi palatalar ayrılıb.

“Donuz qripi” təhlükəsinə qarşı Bakı, Sumqayıt, Gəncə və Mingəçevirdəki 471 məktəb və 417 uşaq bağçasında dezinfeksiya işləri aparılıb.

Eyni zamanda, səhiyyə naziri Oqtay Şirəliyev 08.12.2015-ci il tarixində Azərbaycanla həmsərhəd olan İran İslam Respublikasında "donuz qripi"nin yayılması ilə əlaqədar ölkəmizdə bu xəstəliyə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi ilə əmr imzalayıb. “Donuz qripi” xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" imzalanmış əmrdə respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə donuz qripixəstəliyi barədə tibb işçilərinin məlumatlandırılmasının təminatı tapşırılıb.

Xəbər 460 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR