Türkiyənin Diyarbəkir vilayətində daha 3 nəfər “donuz qripi”ndən (H1N1 virusu) ölüb.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, ilin əvvəlindən "donuz qripi" şübhəsi ilə vilayətin xəstəxanasına müraciət edən 45 nəfərdən 22-də bu xəstəlik aşkar edilib. 22 nəfərdən 3-ü xəstəlikdən dünyasını dəyişib. Xəstəxanadan bildirilib ki, “donuz qripi” xəsətəliyi ilə müraciət edən bütün xəstələrin müalicəsi davam etdirilir.
Qeyd edək ki, ilin əvvəlindən Türkiyədə "donuz qripi"ndən 17 nəfər ölüb.