Ukrayna prezidenti Pyotr Poroşenkonun saytında Donetsk şəhərinin adının dəyişdirilməsi ilə bağlı petisiya yerləşdirilib.
Aktual.az APA-ya istinadən bildirir ki, petisiyada Donetsk şəhərinin Stepano-Bandersk adlandırılması təklif edilib. Hələlik petisiyanı bir nəfər imzalayıb. Müraciətə baxılması üçün səslərin sayı minimum 25 min olmalıdır.
Xatırladaq ki, Kiyevdəki Moskva prospektinin adı dəyişdirilərək Stepan Bandera adlandırılıb.