Dondurma faciəyə səbəb oldu Hoteldə

Dondurma faciəyə səbəb oldu  Hoteldə

İstirahət üçün Yunanıstana gələn ingiltərəli ailə faciə ilə üzləşib. 

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, istirahət zamanı ailənin 50 yaşlı xanımı Amanda Tompson dünyasını dəyişib.

Onun ölümünə səbəb isə hoteldə hazırlanmış meyvə dondurmasını yedikdən sonra yaranan allergiya səbəb olub. Beləki, A.Tompsonun süd, yumurta və almaya qarşı güclü allergiyası olub. Hoteldə hazırlanmış meyvə dondurmasının içərisində də bu tərkiblərdən olduğu üçün A.Tompsonda güclü allergiya baş verib və dünyasını dəyişib.

İndi 50 yaşlı xanımın ailəsi onun ölümündə turizm agentliyini də günahlandırır. Belə ki, onlar A.Tompsonun güclü allergiyasının olması barədə agentliyə məlumat verdiklərini bildirirlər. Ailə həmin agentliyi məhkəməyə verməyi planlaşdırır.

Aktual.az

Xəbər 943 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR