Böyük Britaniyanın neyropsixoloqları apardığı tədqiqatlar nəticəsində bildirib ki, dondurmanı əsl dərman hesab etmək olar.
Aktual.az FaktXəbər-ə istinadən xəbər verir ki, bu barədə "Rebuild from Depression" agentliyi yazıb.
Mütəxəssislərin sözlərinə görə, dondurma tez bir zamanda və böyük ustalıqla insanın əhval-ruhiyyəsini qaldıra bilir. Belə ki, insan dondurmanı yeyərkən onun beynində xüsusi zona fəallaşır. İnsanda həmin zonanın fəallığını onun ən doğma insanlarla görşdüyü zaman müşahidə etmək mümkündür.
Qeyd edək ki, alimlər şokolad dondurmanı ən güclü anti-depressant adlandırıb.