Las-Veqasda mitinq zamanı 19 yaşlı Maykl Sendford adlı şəxs avtoqraf almaq bəhanəsi ilə Donald Trampa yaxınlaşıb və onun mühafizəçisinin silahını götürməyə cəhd edib.
Ölkə.Az-ın "CNN"ə istinadən verdiyi xəbərə görə, M.Sendford silahı D.Trampı öldürmək üçün ələ keçirmək istədiyini etiraf edib.
M.Sendford Böyük Britaniya vətəndaşıdır. ABŞ qanunvericiliyinə görə, onu 10 ilə yaxın həbs cəzası gözləyir.