"Rusiya Snoudeni ABŞ-a təhvil verməlidir".
Aktual.az ölkə.az-a istinadən bildirir ki, ABŞ prezidentliyinə ən real namizədlərdən biri hesab edilən Donald Tramp Rusiyaya çağırış edib.
"Mən əvvəldən də demişəm ki, Snouden casusdur və ABŞ-a qayıtmalıdır. Əgər Rusiya bizə bir dövlət kimi hörmət edirsə, onda Snoudeni bizə təhvil verməlidir", - deyə Tramp vurğulayıb.
Xatırladırıq ki, ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Eduard Snouden ölkədən qaçaraq xüsusi xidmət orqanlarının gizli sənədlərini mətbuata sızdırmışdı. O, 2014-cü ildən Rusiyada gizlənir və ona bu ölkədə 3 illik yaşamaq icazəsi verilib.
Qeyd edək ki, ABŞ-ın tələblərinə baxmayaraq hələ də Moskva onu Vaşinqtona təhvil verməyə razılıq verməyib.