Dolu Gədəbəy və Tovuza ciddi ziyan vurdu

Dolu Gədəbəy və Tovuza ciddi ziyan vurdu

Ötən gün Gədəbəyin Pərizamanlı kəndinə dolu yağıb.

Aktual.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, buz parçaları toya hazırlaşan ailəni, qonaqları həyəcanlandırıb.

Həyətdə qurulan toy mağarı yararsız hala düşdüyündən toy sahibləri şad günlərini rayondakı restoranlardan birində gerçəkləşdiriblər.

Tovuzun Qovlar, Alakol, Əlibəyli kəndlərinə yağan dolu da ziyansız ötüşməyib.

Qəfildən dəyişən hava Qovlar qəsəbəsində kartof, lobya, pomidor sahələrinə ziyan vurmaqla yanaşı Tofiq Həmidova məxsus yaşayış evinin dam örtüyünü, pəncərə şüşələrini sındırıb. Bir neçə dəqiqə davam edən dolu sonra leysan yağışa çevrilib.

Xəbər 675 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR