Dollarla krediti olanların nəzərinə - VİDEO

Dollarla krediti olanların nəzərinə   - VİDEO

Bir nəfər sakin 2014-cü ildə bankdan dollarla kredit götürüb. 1-ci devalvasiyadan sonra güzəşt üçün banka müraciət edib və ona bildiriblər ki, borcunu manata çevirmək və müddəti uzatmaq mümkündür. Müştəri bununla bağlı ərizə yazıb və kredit borcunu yeni qaydayla ödəməyə davam edib. İkinci devalvasiyadan sonra isə banka dəvət edilib və ona bildirilib ki, borcunu dollarla ödəməlidir.
Hüquqşünaslar isə deyir ki, bank tərəfindən hər hansı bir güzəşt ediləcəyi ilə bağlı söz verilərsə, müştəri ərizəyə və şifahi razılaşmalara inanmamalı, mütləq yeni müqavilə tələb etməlidir.

Bir müddət sonra isə müştəri banka dəvət edilib və şərtlərin dəyişdiyi deyilib.

Hidayət Quliyevin sözlərinə görə, bankda sadəcə ərizə yazıb. Heç bir müqavilə imzalamayıb və ona hər hansı bir rəsmi sənəd verilməyib.

Hüquqşünaslar isə bildirir ki, bank krediti ödətdirməkdən ötrü manevr edib. Yəni, müştəri aldadılıb, heç bir dəyişiklik olmayıb. əgər ödəniləcək valyuta manata çevrilsəydi, yaxuda da müddət uzadılsa idi mütləq tərəflər arasında müqavilə imzalanmalı idi.

Hüquqşünas Anar Ramazanovun deyir ki, bank tərəfindən hər hansı bir güzəşt ediləcəyi ilə bağlı söz verilərsə, müştəri ərizəyə və şifahi razılaşmalara inanmamalı, mütləq yeni müqavilə tələb etməlidir.

Anar Ramazanovun sözlərinə görə,müştəri bank tərəfindən aldadıldığını iddia edirsə, müvafiq qurumlara müraciət edərək bunu sübut edə və krediti ona söz verilən kursla ödəyə bilər.

Bunun üçün isə bu razılaşma haqda bankla olan yazışmaları və ya digər hər hansı sübutları da şikayət edəcəyi müvafiq orqana təqdim etməyi məsləhətdir.

Aktual.az xezerxeber.com-a istinadən daha ətraflı videomaterialı təqdim edir

Aktual.az

Xəbər 4458 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR