Dolların məzənnəsi azalmağa başlayıb - Türkiyədə

Dolların məzənnəsi azalmağa başlayıb - Türkiyədə
  • DÜNYA

Türkiyədə ABŞ dolların məzənnəsi dünən, dekabrın 2-də 3,5966 TRY/USD - tarixi rekord səviyyəsinə yüksəldikdən sonra azalmağa başlayıb. 

Aktual.az  report-a istinadən xəbər verir ki, dekabrın 2-də səhər saatlarında Türkiyə prezidenti R.T.Ərdoğanın faizləri endirmək zərurəti ilə bağlı açıqlaması son günlər, onsuz da, yüksələn dolların məzənnəsini sərt şəkildə artırıb. Açıqlamadan sonra dollar 2,7%-dək artdıqdan sonra əhali və investisiya fondlarının mənfəət məqsədli satışları ilə geriləməyə başlayıb və günü 0,5% artımla 3,52 TRY/USD səviyyəsində bitirib.

Report-un analitik qrupu dolların məzənnəsinin 3,40 TRY/USD-yə kimi gerilədikdən sonra 2016-cı ili 3,45 TRY/USD səviyyəsinə yaxın bitirəcəyini proqnozlaşdırır.
 
Aktual.az

Xəbər 458 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR