Oktyabrın 28-də ölkədə dollar satışı həyata keçirən bankların sayı 26-ya düşüb.
Aktual.az xəbər verir ki, Fins.az-ın araşdırmasına görə, valyuta satışına limit qoyan bankların sayı da artıb.
Bu gün banklardan 4-ü dollar satışına tətbiq etdiyi limiti dəfələrlə azaldıb. Oktyabrın 28-də "Bank Respublika” limiti 16 dəfə azaldıb. Bu günədək 5000 dollara qədər ABŞ valyutası satırdısa, bu gün limiti 300 dollara endirib.
"Unibank” isə limiti 10 dəfə azaldıb. İndiyədək 5000 dollaradək ABŞ valyutası satan bankda bu gün limit 500 dollara endirilib. "Azərbaycan Sənaye Bankı” da dollar satışına tətbiq edilən limiti 1000 dollardan 500 dollara endirib.
"Bank Silk Vey” də bu gündən ABŞ vayutasını limitlə satmağa başlayıb. Bankın baş ofisində 1000 dollar, filiallarda isə cəmi 500 dollar satılır.
"Bank Avrasiya”, "Bank of Baku” dünəndən dolları limitlə satmağa başlayıb. Bundan əvvəl isə "Expressbank”, "Muğanbank”, "Accessbank”, "Caspian Development Bank” dolları limitlə satmağa başlayıb. Bu limit məbləğləri eyni zamanda avro alışı üçün də keçərlidir.
N |
Kommersiya bankının adı |
ABŞ dolları |
Avro |
Satış |
Satış |
||
1 |
"Accessbank” |
1 000 |
1 000 |
2 |
"AFB Bank” |
satılmır |
satılmır |
3 |
"AGBank” |
limitsiz |
limitsiz |
4 |
"Amrahbank” |
limitsiz |
limitsiz |
5 |
"Atabank” |
500 |
500 |
6 |
"Azərbaycan Beynəlxalq Bankı” |
limitsiz |
limitsiz |
7 |
"Azərbaycan Sənaye Bankı” |
500 |
500 |
8 |
"Azər-Türk Bank” |
Satılmır |
limitsiz |
9 |
"Bank Avrasiya” |
200 |
limitsiz |
10 |
"Bank of Baku” |
5 000 |
5 000 |
11 |
"Bank BTB” |
Limitsiz---- |
limitsiz |
12 |
"Bank Silk Vey” |
1 000 dollar-baş ofisdə 500 dollar filiallarda |
Satılmır |
13 |
"Caspian Development Bank” |
limitsiz |
limitsiz |
14 |
"Expressbank” |
500 |
500 |
15 |
"Günaybank” |
limitsiz ( 500 dən yuxarı ) şəx.vəs. ilə |
satılmır |
16 |
"Xalq Bank” |
1000 |
individual |
17 |
"Kapital Bank” |
satılmır |
satılmır |
18 |
"Muğanbank” |
500 |
limitsiz |
19 |
"NBC Bank” |
limitsiz |
limitsiz |
20 |
"Nikoyl Bank” |
limitsiz |
limitsiz |
21 |
Pakistan Milli Bankının Bakı filialı |
satılmır |
satılmır |
22 |
"Turanbank” |
500 |
500 |
23 |
"Unibank” |
500 |
limitsiz |
24 |
"Yapı Kredi Bank (Azərbaycan)” |
300 |
300 |
25 |
"Ziraat Bank (Azərbaycan)”
|
satılmır |
satılmır |
26 |
"Rabitəbank” |
limitsiz |
limitsiz |
27 |
İran Milli Bankının Bakı filialı |
1000 |
1000 |
28 |
"Dəmirbank” |
limitsiz |
limitsiz |
29 |
" Bank Pespublika” |
300 |
300 |
30 |
"Naxçıvanbank” Bakı filialı |
5 000 |
5 000 |
1 |
"Azərpoçt” |
limitsiz |
limitsiz |