Türkiyədə dolların məzənnəsi tarixi rekord səviyyə olan 3,60 TRY/USD-yə çatıb.
Aktual.az "Report"a istinadən xəbər verir ki, inflyasiyanın gözləniləndən çox olması və siyasi proseslər sonrası dollar 3,60 səviyyəsini görərək yeni zirvəyə yüksəlib. Dollar daha əvvəl ən son ötən ilin 2 dekabr tarixində 3,5923 səviyyəsinə qalxmışdı.
Aktual.az
Xəbər 886 dəfə oxunub.