Dollar kreditlərinə qoyulan qadağa aradan qaldırıldı

Dollar kreditlərinə qoyulan qadağa aradan qaldırıldı

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) kredit təşkilatlarına xarici valyuta ilə kreditlərin verilməsinə qoyduğu qadağanı aradan qaldırıb. 

Aktual.az xəbər verir ki, bu barədə "APA-Economics"ə  banklardan məlumat verilib.

Məlumata əsasən, banklar xarici valyutada kreditləri bəzi şərtlərlə verə bilər.

Yaxın vaxtda Palata yeni şərtləri ictimaiyyətə detallı açıqlayacaq.

Xatırladaq ki, aprelin 5-də MBNP Direktorlar Şurasının aprelin 4-də keçirilən iclasında Azərbaycanda xarici valyuta ilə kreditlərin verilməsinin bir ay müddətinə dayandırılması barədə qərar qəbul edib.

Bildirilib ki, xarici valyutada verilən istehlak kreditlərinin verilməsi sahəsində dərin və hərtərəfli təhlillərin aparılması, istehlakçıların hüquqlarının müdafiəsinin və maliyyə sabitliyinin təmin olunması üçün 1 ay ərzində tənzimləyici çərçivələrin müəyyən edilməsinə dair qərar qəbul edilib.

Həmçinin qeyd olunub ki, Palata bu müddətin uzadılması hüququnu öz üzərində saxlayır.

Aktual.az

Xəbər 787 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR