Dollar kreditinin 1.05 manatla ödənişi müzakirə olunacaq – Milli Məclisdə

Dollar kreditinin 1.05 manatla ödənişi müzakirə olunacaq   – Milli Məclisdə

Mərkəzi Bank 10 min dollara kimi krediti olanlarla bağlı qərar verəcək. Məlumata görə, qərardan sonra yanvar ayının 20-dən sonra 10 min dollara qədər krediti olanların 21 dekabr devalvasiyasından əvvəlki məzənnə, yəni, 1 dollar=1 manat 5 qəpiklə ödəyəcək.

Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Vahid Əhmədov açıqlamasında bildirib ki, bu qərar yalnız 10 min dollara kimi kredit götürmüş şəxslərə şamil ediləcək: “Çünki, bu məbləğlər əsasən istehlak kreditlərində olur. Bu kateqoriyadan olan kreditlər üzrə əhalinin sayı çoxdur. Biz onların vəziyyətini nəzərə alaraq Mərkəzi Bank və dövlətdən xahiş etmişik ki, 10 min dollara kimi krediti olan vətəndaşlar borclarını 1,05 məzənnə ilə geri qaytarsın. Təklif qəbul olunarsa, Milli Məclisdə müzakirəyə çıxarıla bilər”.

V.Əhmədov bu qərarın 10 min dollardan yuxarı kredit götürmüş vətəndaşlara aidiyyəti olmadığını deyib: “Biz onlarla bağlı hələ təkilf verməmişik. Onlar bankların öz ixtiyarındadır. Çünki 10 min dollara kimi krediti olan vətəndaşlara borcunu 1.05 məzənnə ilə vermək üçün Mərkəzi Bank və hökümət əlavə vəsait ayıracaq”.

Xəbər 734 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR