Dollar bahalaşması Həcc ziyarəti qiymətlərini artırdı

Dollar bahalaşması Həcc ziyarəti qiymətlərini artırdı

Bu il Azərbaycan üçün ayrılan kvota tam dolub və Həcc ziyarətinə 1 050 nəfər gedəcək.

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu sentyabrın 2-də Heydər Əliyev Beynəlxalq Hava Limanından yola salınacaq.

Aktual.az  xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən fins.az-a verilən məlumata görə, bu il zəvvarlar “Azərbaycan Hava Yolları” (AZAL) şirkətinin təyyarələri ilə uçacaqlar. Son reys isə sentyabrın 5-də yola düşəcək

Bildirilib ki, bu il Azərbaycan üçün ayrılan kvota tam dolub və Həcc ziyarətinə 1050 nəfər gedəcək. Səfərin qiyməti isə hotellərin xidmət haqlarından asılı olaraq 3500-4500 dollar arasında dəyişir.

QMİ-dən qeyd ediblər ki, qiymətlər ötən illə müqayisədə dəyişməsə də, manatla ifadə də artıb. Bu da Azərbaycanda dolların bahalaşması ilə bağlıdır.

Onu da deyək ki, bu il Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı zəvvarların təhlükəsizliyini 17 mindən çox xüsusi xidmət orqanının əməkdaşı qoruyacaq.

Yerli KİV-in yaydığı məlumata görə, ölkə rəhbərliyi fövqəladə halların qarşısının alınması məqsədilə məsul xidmətlərin iş planını qəbul edib.

Səudiyyə Ərəbistanın Mülki Mühafizə İdarəsinin başçısı general Süleyman bin Abdulla əl-Əmr bildirib ki, təhlükəsizlik tədbirlərində 3 min texniki avadanlıq istifadə ediləcək.

Xəbər 407 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR