Dollar 2.5 manata olacaq - PAYIZDA

Dollar 2.5 manata olacaq  - PAYIZDA

"Vergi gəlirlərinin 5 ildə 4 milyard manat artacağı qətiyyən real deyil. Hökumət və iqtisadiyyat üçün ən ağır sınaq illəri olan 2015-2016-cı illərdə vergi gəlirlərini faktki olaraq 400-500 milyon manatdan çox artırmaq mümkün olmadı".

Aktual.az qaynarinfo.az-a istinadən xəbər verir ki bu fikirləri iqtisadçı ekspert Rövşən Ağayev Beynəlxalq Valyuta Fondunun hesabatı ilə bağlı şərhində deyib.

Ekspert bildirib ki, Beynəlxalq Valyuta Fondu Azərbaycan iqtisadiyyatı ilə bağlı yeni ölkə hesabatında 2016-cı ildə ÜDM-nin 2.4% azalması, qarşıdakı 4 ildə isə 1.5-2.9% intervalında artımını proqnozlaşdırırlar: "2017-ci il üçün 8.5%-lik, 2018-2020-ci illər üçün 4-4.5% inflyasiya gözləntisi var.Təşkilatın proqnozuna görə, 2020-ci ildə ÜDM istehsalı cari qiymətlərlə manat ifadəsində 67.8 milyard manat, dollar ifadəsində 43.8 milyard dollar olacaq. Bu rəqmlərdən çıxış etsək, belə çıxır ki, qurum 2020-ci ilədək manatın məzənnəsində kəskin qalxıb-enmələr gözləmir. Proqnoza görə, Neft Fondunun aktivləri hazırkı səviyyə ilə müqayisədə 10 milyard dollardan çox artaraq 46 milyard dollara çatacaq. Qeyri-neft ixracının hazırkı 1.4 milyard dollardan 2.1 milyard dollara qədər artacağı proqnoz edilir".

"İcmal büdcə gəlirlərini hazırkı 18.4 milyard manatdan 30.7 milayard manata çatacağı proqnozlaşdırılır - 12.3 milyard manatlıq artım. Bu artımın 4 milyard manatının vergi gəirləri, təxminən 8 milyard manatdan bir qədər çoxunun Neft Fondunun gəlirlərinin genişlənməsi hesabına təmin ediləcəyi gözləntisi var. Neftin orta illik qiymətinin 53-57 dollar arasında dəyişəcəyi proqnozlaşdırılır.Azərbaycan iqtisadiyyatının hazırkı real durumunu, makroiqtisadi və institusional mühiti, xüsusilə bank sektorunun və real sektorun vəziyyətini, institusional potensialı və mühiti gözə alanda, BVF-nin 5 illik optimist proqnozları nə qədər realdır"?

Rövşən Ağayevin sözlərinə görə, vergi gəlirlərinin 5 ildə 4 milyard manat artacağı qətiyyən real deyil: "Hökumət və iqtisadiyyat üçün ən ağır sınaq illəri olan 2015-2016-cı illərdə vergi gəlirlərini faktki olaraq 400-500 milyon manatdan çox artırmaq mümkün olmadı. Baxmayaraq ki, uzun illər ərzində "kölgə iqtisadiyyatı"nın miqyasının həddən artıq böyük olması və məcburiyyət olanda leqallaşmanın baş verəcəyi ilə bağlı rəylər vardı. Baxmayarq ki, vergi gəlirlərini artırmaq üçün sərt inzibati mexanizmlər istifadə edildi. Yalnız gömrükdə artım oldu, o da ikidəfəlik devalvasiya nəticəsində məzənnə fərqindən yaranan artımdır - real artımdan söhbət gedə bilməz.Vergi gəlirlərinin proqnozlaşdırılan səviyyədə artımı yalnız qeyri-neft sektorunun, ilk növbədə qeyri-neft ixracının orta hesabla ildə 10-15%-lik artımı şəratində təmin edilə bilər. BVF ekspertləri isə qeyri-neft ÜDM-i üçün illik 2.5-3.5%, qeyri-neft ixracı üçün 3-5% intervalında artım proqnozlaşdırırlar".

Ekspert qeyd edib ki, Neft Fondunun gəlirlərinin 16.6 milyard manata qədər artacağı proqnozlaşdırlır: "Neftin dünya bazar qiyməti ilə bağlı proqnozu (2020-ci lldə 57 dollar) nəzərə alınsa, Fondun büdcə gəlirlərinin 16.6 milyard manat olması yalnız bir halda mümkündür: manatın dollara məzənnəsi 2.5 manata çatmalıdır. Çünki hesablamalar göstərir ki, 1.55 manat məzənnə ilə neftin orta illik qiymətinin 55 dollar ətrafında olduğu şəraitdə Neft Fondunun gəlirləri maksimum 6.7-7 milyard dollar intervalında dəyişə bilər. 1.55 məzənnə ilə bu 10-11 milyard manat edir"...

Aktual.az

Xəbər 12461 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR