Dollar 2 manat olacaq - Bu tarixdə

Dollar 2 manat olacaq  - Bu tarixdə

"İlin sonunadək Azərbaycan manatı dollara nisbətən dəyər itirməkdə davam edəcək və 1 dollar azı 2 manatadək bahalanacaq".

Aktual.az qaynarinfo.az-a istinadən xəbər verir ki, Yerli ekspertlər bu fikirdədir. Mərkəzi Bankın sonuncu hərraca adəti üzrə 50 milyon yox, 300 milyon dollar çıxarması, ölkədə dollar qıtlığının yaşanması, ekspertlərə görə, ixracatdan asılı olan ölkədə manatla bağlı gedən proseslərin daha da sürətləndiyini göstərir. Medalın digər üzündəsə Neft Fondu və Mərkəzi Bankın getdikcə azalan valyuta ehtiyatlarıdır.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov düşünür ki, hökumət vaxtında devalvasiyaya getməlidir ki, valyuta ehtiyatları tükənməsin: "Manat gec-tez öz dəyərini almalıdır. Biz artıq manatın qorunub saxlanması üçün əlavə vəsait sərf etməməliyik. Mərkəzi Bank 12 milyarda yaxın vəsait xərcləyib və öz ehtiyatlarını azaldıb. Yaxşı olardı ki, vaxtında bu proses öz həllini tapardı və həmin vəsaiti biz real kredit sektorunun inkişafına yönəldərdik. Mərkəzi Bank bununla bağlı açıqlama verməlidir. Manatın qiyməti isə ilin sonunadək ucuzlaşacaq".

Mərkəzi Bankın ölkədəki dollar qıtlığı və valyuta ehtiyatlarındakı durumla bağlı son günlər hər hansı açıqlaması olmayıb.

Aktual.az

Xəbər 14451 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR