Dodaqları qalın göstərməyin yolu pomadanı necə sürtməyinizdən keçir.
AzNews.az xəbər verir ki, dodaqlarını daha dolğun və qalın göstərmək istəyən qadınlar üçün pomada sürtmə texnikası ilə bağlı bir neçə balaca ipucu var.
Gözəl dodaqlar üçün öncə düzgün bir dodaq cizgisi çəkməyiniz lazımdır. Bunun üçün dodaqlarınızı bağlı saxlayın və ucu iti olan bir qələmdən istifadə edin. Dodaq xətti üçün ən yaxşı üsul dodağının üst, orta V hissəsindən başlayın, daha sonra tin hissələrinə doğru qısa toxunuşlar edin. Alt dodaq üçün də yenə eyni şəkildə ortadan başlayaraq kənarlara doğru irəliləyin.
Əgər dodaqlarınızın dolğun bir görünüşünü arzu edirsinizsə, qələmi dodaq xəttininin dərhal xaricindən çəkin. Təbii bir görünüş üçün dodaq xəttinizin tam üstündən çəkməyiniz lazımdır.
Apardığınız dodağın daha qalıcı olmasını istəyirsinizsə, pomada sürtmədən əvvəl qələmlə dodaqlarınızı yüngülcə boyayın. Əgər tünd tonlarda bir dodaq qələmi tapsanız, dodağınız tünd görünəcək. Buna diqqət edin.
Son olaraq pomadanı fırçayla davam etsəniz, daha yaxşı bir nəticə əldə edə bilərsiniz. Ən peşəkar makiyaj ustaları pomadanı heç vaxt fırçasız sürtmür.