Dmitri Peskov: "Azərbaycan və Rusiya prezidentləri Soçidə görüşəcəklər"

Dmitri Peskov:

"Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin Soçidə görüşəcəklər".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. 
"Valday Klubunun sessiyası oktyabrın 3-də Soçidə keçiriləcək. Sessiyada Azərbaycan Prezidenti İlham Əliyev, İordaniya Kralı Abdullah, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Filippin Prezidenti Duterte iştirak edəcəklər. Dövlət başçıları Valday görüşündə paneldə iştirak edəcəklər", - D.Peskov bildirib.
O əlavə edib ki, Rusiya prezidenti ölkə lideri ilə ikitərəfli görüşlər keçirəcək.
Qeyd edək ki, Valday Beynəlxalq Müzakirə Klubunun XVI illik toplantısı 30 sentyabr - 3 oktyabr 2019-cu il tarixlərində Soçidə keçiriləcək. Bu ilki mövzu "Şərqin şəfəqi və dünya siyasi sistemi"dir.
Xəbər 5345 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR