Dmitri Medvedevdən Davudoğluya cavab

Dmitri Medvedevdən  Davudoğluya   cavab
  • DÜNYA

"Türkiyə hökuməti qəribə mövqedən çıxış edir və onların verdikləri bəyanatların heç birinə ehtiyac yoxdur".

Aktual.az Report-a istinadən xəbər verir ki, bunu Rusiyanın baş naziri Dmitri Medvedev Türkiyə rəsmilərinin "üzr istəməyəcəyik" açıqlamasına münasibət bildirərkən deyib.

Baş nazir qeyd edib ki, Türkiyəyə qarşı tətbiq edilən özəl iqtisadi tədbirləri lazım olan dərəcədə genişləndirə bilərlər: "Bu, Rusiya deyil, Türkiyə iqtisadiyyatına təsir edəcək. Biz bu məsələdə praqmatik olacağıq".

Qeyd edək ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu ölkə sərhədlərini pozan Rusiya təyyarəsinin vurulması ilə bağlı üzr istəməyəcəklərini, ancaq bütün səviyyələrdə danışıqlara hazır olduqlarını bildirib.

Xəbər 601 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR