ÜDM-in artımı tamamilə qeyri-neft-qaz sektorunun inkişafı hesabına təmin olunur.
Aktual.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, 2025-ci ilin gözlənilən artım tempi nəzərə alınmaqla 2022-2025-ci illərdə orta illik hesabla ÜDM-in 3,3% artması gözlənilir ki, bu da strategiya ilə müəyyən edilmiş diapazon (3-4%) çərçivəsindədir:
"ÜDM-in artımı tamamilə qeyri-neft-qaz sektorunun inkişafı hesabına təmin olunmaqla, bu sektor üzrə ÜDM-in orta illik artımının 6,1% olacağı gözlənilir ki, bu da 2022-2026-cı illərə dair sosial-iqtisadi inkişaf Strategiyası ilə müəyyən olunmuş hədəfdən (5%) 1,1 faiz bəndi yüksəkdir. 2019-2025-ci illərdə qeyri-neft-qaz sektorunun bütün sahələri artım nümayiş etdirib. 2019-2025-ci illərdə orta illik artım templəri üzrə lider sahələr - informasiya və rabitə (11%), qeyri-neft-qaz sənayesi (9,7%), nəqliyyat və anbar təsərrüfatı (7,8%) olmuşdur. Nisbətən aşağı orta illik artım templəri isə tikintidə (4,4%), turizmdə (4,1%), kənd təsərrüfatında (3,2%), ticarətdə (3,0%), sosial və digər xidmətlərdə (2,9%) olub”.
Xəbər 45 dəfə oxunub.