Rusiyada narkotik vasitələrin satışında şübhəli bilinən qruplaşmanın 41 yaşlı azərbaycanlı üzvü tutulub.
Aktual.az xəbər verir ki,Anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, polis əməkdaşları Postişev küçəsində "Toyota" markalı maşınla alver edən şəxsi saxlayıb. Bildirilir ki, onun tutulmasına korrupsiyaya qarşı mübarizə, eyni zamanda cinayət-axtarış şöbəsinin əməkdaşları da cəlb ediliblər. Onun yaşadığı mənzildə aparılan axtarışlar nəticəsində maddi sübutlar, habelə üç milyon rubl (62 400 AZN) pul götürülüb. Saxlanan şəxs pulları mənzildəki divanın altında gizlədirmiş.
Saxlanan şəxsin həyat yoldaşı da oxşar əmələ görə bir müddət əvvəl həbs olunub.