Dişlərinizin çürüməsini istəmirsinizsə, bunları yeməyin

Dişlərinizin çürüməsini istəmirsinizsə, bunları yeməyin

Qidalanmada ilk prinsip bədən üçün lazım olan protein, vitamin, mineral, karbohidrat kimi qidaların balanslı şəkildə qəbuludur. Bu balansı pozacaq hər şey sağlamlığımızı nə cür təhlükəyə atırsa, diş sağlığımıza da mənfi təsir edir.

 Əsasən uşaqlarda nəzarətsiz yeyilən konfet, şokolad kimi qidalar çürüklərə səbəb olur. Şirniyyatı isə tamamilə onların qidalanmasından çıxartmaq da mümkün deyil. Çox şirniyyat yedikdən sonra dişləri fırçalamaq və ən azından bol su ilə yaxalamaq faydalı olacaq.

Aktual.az Aile.lent.az-a istinadən  diş çürüyünü yaranmasının qarşısını almaq üçün nələr etməli olduğunuzu  təqdim edir.

Karbohidratlar, əsasən yumşaq qidalar dişlər üzərində qalaraq çürüklərə yol açır.

Belə qidalara keks, biskvit, makaron, plov misal ola bilər. Bu qidalar dişlərə yapışaraq bakteriyaların çoxalmasına səbəb olur. Bu da çürük yaranmasını asanlaşdırır.

Şirniyyatın gecə yatarkən yeyilməsi dişlərə əlavə zərər verir.

Körpələrə verilən şəkərli qidalar, meyvə suları, şirin süd əmzik şüşəsi ilə verilməməlidir. Yoxsa körpələrdə əmzik çürüyü meydana gəlir. Görünüş baxımından pis olduğu üçün də uşağın psixologiyasına mənfi təsir edə bilər.

Çox asitli qidalar, içkilər, limon kimi bəzi meyvə və tərəvəzlər diş minasına zərər verə bilər. Çox limon yeyənlərdə mina zədələnməsi, həssaslıq yaranır.

Siqaret, spirtli içki də diş və ağız sağlığı üçün zərərlidir. Siqaret çürük yaranmasına səbəb olmasa da, diş ətləri və ağız mukozasına zərər verir.Spirtli içki çox qəbul edildiyində ağız mukozasında xərçəng təsiri yaradır.

Xəbər 932 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR