Gün ərzində ən az iki dəfə dişlər fırçalanmalı, diş iplərindən mütəmadi olaraq istifadə edilməli və diş həkimi müayinəsində tez-tez olmaq dişlərinizin sağlamlığı üçün çox əhəmiyyətlidir.
Bununla yanaşı, həm də dişlərinizə ziyan verən qidalar haqqında da məlumatlı olmalı və bu qidalardan mümkün qədər az istifadə etməlisiniz.
Aktual.az xəbər verir ki, məhz bütün bunları nəzərə alaraq, Qadınklubu.com sizlər üçün dişlərə zərərli olan qidaları araşdırıb.
Dişlərə ziyan verən, qidalardakı turşulardır. Bəzi qidaların tərkibində dişlərə ziyan verə biləcək turşular vardır. Həmin qidalardakı karbohidrat ağız boşluğundakı bakteriyaların köməyi ilə turşuya çevrilərək, dişlər üçün olduqca ziyanlı bir mənbə əmələ gətirir. Ona görə də dişləri karbohidrat və turşu ilə zəngin olan qidalardan qorumaq lazımdır.
Diş və diş ətinizə ziyan verir. Pis ağız qoxusunun meydana gəlməsinə səbəb olur.
Ağızdakı turşuları azaldan ilk vasitə ağız suyudur. Ona görə də ağız quruluğuna səbəb olacaq hər bir qida dişlər üçün ziyanlıdır. Spirt də ağız quruluğuna səbəb olduğu üçün isifadə edilməməlidir.
PH dəyəri 7-dən az olan qidalar dişlər üçün zərərlidir. Meyvə sularının ph dəyəri 2.5 olduğundan bu siyahıda yer alırlar. Mümkün qədər meyvə sularını çubuqlarla içməyə çalışın ki, dişlərinizlə təmas etməsin.
Limon da ph dəyəri 7-dən aşağı olan qidalardandır. PH dəyəri 2 olan limon dişləriniz üçün zərərlidir. Tərkibindəki turşular da eyni zamanda dişlərin mina qatını zədələyir.
Ən ziyanlı içkilərdən biridir. Çünki tərkibində həm ortofosfat və sitrit turşusu vardır ki, bunlar da dişlər üçün çox ziyanlıdır.
Enerji içkiləri də kola kimi ortofosfat, sitrit turşuları ilə zəngindirlər. Bu da həm diş, həm də sağlamlığınız üçün çox təhlükəlidir.
Marmelad dişlərə zərərli olan qidalar sırasındadır. Çünki, tərkibində yüksək şəkər və astirit turşusu vardır.
Quru meyvələrin tərkibində yüksək miqdarda karbohidrat vardır. Quru meyvələr dişlərə yapışaraq ağız boşluğunda uzun müddət qaldığından dişdə bakteriyaların yaranmasına və diş çürüklərin yaranmasına səbəb olur. Ona görə də quru meyvə yedikdən sonra dərhal dişləri fırçalamaq və ya şəkərsiz saqqız çeynəmək lazımdır.
Olduqca sərt və soyuq olan buz dişlərə toxuduğunda mina qatına ziyan verir.