"Atam qoymur!"
Balıq, ov, idman, mütaliə, teatr, dostlarla xəngəl, evdə yatmaq... Bütün bunlar istirahətin müxtəlif növləridir və hər kəs xasiyyətinə, maraqlarına uyğun istirahət formasını seçir.
Ancaq özü gənc, yaşı gənc olanlar qurdlarını tökmək üçün disko klublara müraciət etməyi üstün tutur. Qərb təcrübəsində bu olduqca geniş və adi hal alıb.
Ölkə.Az Azərbaycanda disko klublarla bağlı videosorğu keçirib.
Sual isə belə oldu: Disko klublara gedirsinizmi?
Bu ənənə ölkəmizdə nə qədər özünə yer tuta bilib.
İzləyək: