Direktoru olmaq istəyənlər üçün müsabiqə elan olundu

Direktoru olmaq istəyənlər üçün müsabiqə elan olundu

Təhsil Nazirliyi ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrların təlimlərdə iştirakı üçün müsabiqə elan edib.

Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarını əhatə edəcək təlimlərin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək məktəb direktorlarını yetişdirmək və təkmilləşdirməkdən ibarətdir.

Təlimlər çərçivəsində iştirakçılar üçün müxtəlif uğurlu təcrübəyə malik məktəblərə səfərlər, qısamüddətli praktika, Təhsil Nazirliyi əməkdaşlarının və təhsil ekspertlərinin iştirakı ilə məruzələr təşkil ediləcək.

Bildirək ki, təlimlərdə iştirak edən şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəklər. Yekun qiymətləndirmədə  qənaətbəxş nəticə göstərən və direktor vəzifəsində çalışmayan şəxslər direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar. Hazırda məktəb direktoru vəzifəsində çalışan şəxslərin fəaliyyətlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmə tədbirləri görüləcək.

Xəbər 456 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR