2015-ci ilin 6 ayı ərzində Azərbaycan ərazisində 331 qida zəhərlənməsi hadisəsi qeydə alınıb.
AzVision.az Səhiyyə Nazirliyinə istinadən məlumat verir ki, keçən ilin müvafiq dövrü ərzində baş vermiş 521 hadisəyə nisbətən 36,5% azalma müşahidə edilib.
Qida zəhərlənməsi hadisələrində 2015-ci ilin 6 ayı ərzində 418 nəfər, keçən ilin müvafiq dövründə isə 577 nəfər zərəçəkən qeydə alınıb və 27,7% azalma müşahidə olunub.
2015-ci ilin keçən 6 ayı ərzində ölkə üzrə 14 nəfər (2014-cü ilin müvafiq dövründə 17 nəfər) botulizmlə xəstələnib. Botulizm xəstəliyinin başvermə səbəbləri ev şəraitində konservləşdirilmiş məhsullar, digər zəhərlənmələrə səbəb isə məişət şəraitində hazırlanmış kulinariya məhsulları, kremli tortlar, müxtəlif salatlar və digər məhsullar olub.
Aktual.az