Bambino Gesu Hospitalının (İtaliya) mütəxəssisləri araşdırma nəticəsində aşkar ediblər ki, şirin qazlı içkilərin, pizzanın, peçenye və yoqurtların tez-tez qəbulu uşaqların qaraciyərinə çox mənfi təsir edir və onlarda bir çox qaraciyər xəstəliklərinin riskini artırır.
Aktual.az-ın saglamolun.az-a istinadən verdiyi xəbərə görə, alimlər xüsusilə vurğulayır ki, qidalanmada fruktozanın (peçenye, yoqurtlar və s. şirin qidaların tərkibində var) artıqlığı orqanizmdə sidik turşusunun miqdarını artırır ki, bu da qaraciyərin hüceyrələrinə (hepatosirlər) mənfi təsir edir, qaraciyərin piylənməsinə yol açır.
Qaraciyərin piylənməsi olduqca təhlükəli xəstəlikdir ki, inkişaf etdikcə bu xəstəlik qaraciyər serrozunun inkişafına gətirib çıxardır.
Xəbər 757 dəfə oxunub.