Diplomat paltaryuyan maşın aldığına görə işdən qovuldu

Diplomat paltaryuyan maşın aldığına görə işdən qovuldu
  • DÜNYA

Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili geri çağırılıb.
Aktual.az xəbər verir ki, bu barədə Ukraynanın yeni xarici işlər naziri Andrey Sibiqa sosial şəbəkə hesabında yazıb.
Nazir bu addımın səbəbini müharibə şəraitində olan ölkədə diplomatiyanın reallıqlarını tam dərk etməməsi ilə izah edib. O, həmçinin Ukraynanın səfir və konsullarını mərkəzdən göstəriş gözləməməyə və fəal mövqe tutmağa çağırıb.
Gürcüstan Baş naziri İrakli Kobaxidze isə bildirib ki, Ukrayna xarici işlər naziri Andrey Sibiqa Kiyevin Tiflisdəki müvəqqəti işlər vəkilini paltaryuyan maşın aldığına görə işdən çıxarıb.
Bizdə olan məlumata görə, diplomatın işdən çıxarılması siyasi akt deyil. Diplomatik statusa malik nümayəndə məişət əşyaları alıb və bu da müharibə fonunda qeyri-adekvat sayılıb. Bu onun işdən çıxarılmasına səbəb olub. Söhbət paltaryuyan maşınlardan gedir”, - Kobaxidze qeyd edib.
Qeyd edək ki, Ukraynanın Gürcüstandakı səfirliyinin fəaliyyətinə Mixail Xarişin rəhbərlik edirdi.
Xəbər 144 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR