Dinin QADINLARA buyurduğu halal peşələr - FAKTLAR

Dinin QADINLARA buyurduğu halal peşələr - FAKTLAR

Qərb ölkələrinə nisbətən Şərq ölkələrində bir çox mövzularda qadına qarşı sərt münasibət sərgilənir. Milli mənəvi dəyərlər, dini inanclar, uzun illər cəmiyyətdə formalaşan mental düşüncələr və s. qadınların hüquqlarının əllərindən alınmasına qədər gətirib çıxarmışdı. Bütün bunlara baxmayaraq, əksər müsəlman ölkələrində qadınların ictimai statusu din ilə bağlıdır. Dində qadınlar üçün xüsusi olaraq çalışa biləcəkləri sahələr qeyd olunub. Bəs görəsən İslam dinində qadınlara hansı peşələrə yiyələnməyə icazə verilir?
Publika.az sizə dinin qadınlar üçün nəzərdə tutduğu peşələri təqdim edir:
Hz.Xədicənin işləyən bir xanım olduğu hər kəsə bəllidir. Bəs Hz.Məhəmməd Peyğəmbərin dövründəki digər qadınlar öz dolanışıqlarını təmin etmək üçün nə edirdilər? Peyğəmbərimiz qadınlara hansı peşələri tövsiyə edirdi?
Əyiricilik - bu işlə məşğul olan qadınlar həm geyim-keçim ehtiyaclarını qarşılayırdılar, həm də ailə qazancına kömək edirdilər. Nisa surəsində peyğəmbərimizin qadınlara bu barədə tövsiyyələri qeyd edilib.
Daş emalı - bununla bağlı Azizovanın kitabında bir rəvayətə rast gəlirik. Orda bildirilir ki, böyük bir binanın inşasından çox, kiçik miqyaslı divarlar üzərində işləmələr daha ciddi məharət tələb edir.
Əkinçilik - Mədinə, Taif və Xeybər kimi ərazilərdə münbit torpaq şəraiti əkinçilik üçün çox əlverişli hesab olunurdu. Regionlarda yerli əhalinin qadınları kənd təsərrüfatı məhsullarına olan ehtiyyaclarını qarşılmaq üçün əkinçiliklə məşğul olurdular. Hz. Peyğəmbərin dövründə səhər tezdən tarlalara gedib axşam qayıdan qadınlar haqqında müxtəlif rəvayətlər var.
Dəri emalı - O dövrdə daha çox heyvandarlıqla məşğul olunduğu üçün heyvan dərisindən olan məhsullar olduqca qiymətli idi. Qadınlar heyvanların dərisində ev əşyaları, ayaqqabılar, çantalar, yazı yazmaq üçün kağız, çadır və bir çox fərqli sahələrdə istifadə olunan zəruri əşyalar hazırlayırdı.
Toxuculuq - Ərəb yarımadasında toxuculuğun yayılması heyvandarlıqla əlaqəlidir. Heyvanlardan alınan yun, tük kimi xam maddələrdən istifadə olunaraq geyimlər hazırlanırdı. Belə-belə toxuculuq sənəti inkişaf edirdi.
Təbiblik - Ərəb yarımadasında təbiblik cahil bir dövrdə yaşlı nəslin özündən əvvəlki qəbilə liderlərindən öyrəndiyi və qonşu ölkələrdən gələn loğmanların miras qoyduğu təbabət üsulları ilə irəliləyirdi.
Mamalıq - Hz. Peyğəmbər dövründə mamalıq adətən yalnız qadınlara məxsus bir peşə olub.
Süd məmulatları istehsalı - Heyvanların istər dərisindən, istər ətindən, istərsə də südündən geniş şəkildə istifadə edilirdi. Heyvanları sağmaq işi qəbilədə qadın tayfasına tapşırılırdı. Əsasən oturaq həyat tərzi keçirən qəbilələrin qadınlarına aid peşə idi.
Boyaqçılıq - Hz. Peyğəmbərin dövründə istifadə edilən rəngli parçaların bir qismi dövrün toxuculuq mərkəzlərindən idxal edildiyi halda bir qismi də bitki və mineral boya maddələri ilə rənglənirdi. Boyaqçılıqla da qadınlar məşğul olurdu.
Süd analığı - O vaxtlar yeni doğulmuş uşaqlar ərəb dilini bilməsi və sağlam qidalanması üçün süd anası kimi tanınan qadınlara verilirdi. İki il müddətinə bu qadınlar körpələri əmizdirir və ərəb dilini öyrətməyə başlayırdı.
Bərbərlik - Bu peşə ilə məşğul olan qadınlar evlərə gedərək xidmət göstərirdilər. Yalnız qadınlara xidmət göstərilirdi.
Ətriyyatçılıq - Cənubi Ərəbistandan ticarət karvanları yarımadaya və ətraf bölgələrə gözəl ətirlər aparırdı. Peyğəmbərin dövründə qadınlar təbii vasitələrdən xüsusi qoxular hazırlayırdılar.
Musiqiçi - Ərəblərin əyləncələri şeir və musiqi üzərində qurulmuşdu. Bayram, toy və sünnə mərasimlərin əvəzolunmaz iki elementindən biri məhz bunlar idi. O dövrdə məclislərdə şeir və musiqi kənizlər tərəfindən ifa edilirdi.
Çobanlıq - Hz. Peyğəmbər özü də çobanlıq etmişdir. O dövrdə kölə qadınlarla yanaşı, azad qadınlar da çobanlıqla məşğul olurdu.
Xəbər 2200 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR