Dini vəsaitlər satan mağazada əməliyyat

Dini vəsaitlər satan mağazada əməliyyat

Hüquq-mühafizə orqanları tərəfindən Bakı şəhəri, Suraxanı rayonunun Yeni Günəşli qəsəsəbəsində dini kitab və vəsaitlər satılan mağazalardan birində əməliyyat həyata keçirilib

Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, nəticədə çoxlu sayda qadağan olunan ədəbiyyat, Aşura mərasimlərində istifadə olunması üçün nəzərdə tutulan və üzərində radikal və dini ekstrimizmi, dini ayrı-seçkiliyi təbliğ edən şüarlar yazılan köynəklər, baş geyimləri aşkar olunaraq götürülüb.

Faktla bağlı prokurorluqda araşdırmalar davam etdirilir.

Xəbər 347 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR