Azərbaycan AMİN elektron xidmətlər və informasiya sistemləri portalı təqdim edilib.
Aktual.az xəbər verir ki, din haqqında məlumatları əks etdirən portal Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən ərsəyə gətirilib və Azərbaycan Din Xadimlərinin Forumunda təqdim olunub.
Komitə sədri Ramin Məmmədov bildirib ki, portalın əsas məqsədlərindən biri də dini maarifləndirmə işini daha mükəmməl səviyyədə təşkil etməkdir:
"İnanırıq ki, bu portal Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən göstərilən xidmətlərin əlçatanlığını və şəffaflığını təmin etməyə imkan yaradacaq.
Eyni zamanda, portalın təqdim etdiyi informasiya sistemləri Azərbaycanda multikulturalizminin unikal mənzərəsini nümayiş etdirəcək".
Xəbər 59 dəfə oxunub.