"Dini müharibə başlayacaq"

  • DÜNYA

Yaxın Şərqdə dini müharibə başlayacaq


Aktual.az axar.az-a istinadən bildirir ki, bunu Rusiya mətbuatına açıqlamasında politoloq Vladimir Əhmədov söyləyib.

Onun sözlərinə görə, dünya artıq orta əsrlərə qayıdır:

"Artıq müharibələrin əsas faktoru ərazilərin ələ keçirilməsi yox, dini faktor olub. Bu, regiondakı ən sərt konfliktlərlə bağlı uğurun əldə edilməsi imkanlarını aşağı salır. Ər-Riyad bundan sonra da ölkədəki şiə icmasını sıxışdırmağa başlayacaq. Proseslərin sonu dini müharibəyə çevriləcək və onun Rusiya və Mərkəzi Asiyaya yayılma imkanları böyükdür. Bu konfliktin yaxın zamanlarda həll ediləcəyi ilə bağlı heç bir optimist proqnoz vermək mümkün deyil. Əsas ümid müsəlman dünyasının əsl avtoritet şəxslərinə qalıb".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı yanvarın 2-də şiə din alimi Ayətullah Nimr Baqir ən-Nimri daxil olmaqla 47 nəfəri edam edib. Bundan sonra Tehrandakı Səudiyyə Ərəbistanı səfirliyi yandırılıb. Səudiyyə buna cavab olaraq İranla diplomatik əlaqələri kəsib və Tehran səfirinə ölkəni tərk etməsi üçün 24 saat vaxt verib.

Xəbər 362 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR