Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə Helsinki Komissiyasının Konqresə təqdim etdiyi qanun layihəsinə birgə etiraz edəcək.
Aktual.az-ın APA-ya istinadən məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
M. Qurbanlı deyib ki, bununla bağlı bu gün dini konfessiyaların rəhbərləri ilə razılıq əldə edilib: “Yəqin ki, bu günlərdə Helsinki Komissiyasının təqdim etdiyi sənədə etiraz əlaməti olaraq Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin imzası ilə ABŞ Konqresinə etirazımızı ifadə edən məktubumuzu göndərəcəyik”.